Milli Məclis sürücüləri çətin duruma saldı - Deputatlar oxumadığı layihəyə səs verdi

“İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi sərnişin və yük daşıma ilə məşğul olan sürücüləri çətin duruma salıb”.
Avtosfer.az xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər Milli Məclisdə çalışmış hüquqşünas Rahim Axundov deyib.
Onun sözlərinə görə, bugün özəl sektorun işçilərinin (sərnişin və yük daşımalarını həyata keçirən fiziki və hüquqi şəxslərinin sürücülərinin) hüquqları qəbul edilmiş və qüvvəyə minmiş qanunlardakı bəzi yanlış normalar nəticəsində hər gün pozulur:
“Bu yanlış maddələrdən biri də İnzibati xətalar məcəlləsinin 326-cı maddəsidir. Belə ki, maddənin dispozisiyası yanlış formada yazılıb və yanlış formada da qüvvəyə minib. Nəticədə sərnişin və yük daşıyan 100 minlərlə sürücünün hüquqları pozulmuş vəziyyətdədir. Hökumət qurumları bu suallara cavab verə bilmir”.
Rahim Axundov xatırladıb ki, bu məcəllə 2015-ci ildə Milli Məclisdə qəbul edilib:”2024-cü ildə də bu 326-cı maddəyə Milli Məclisdə dəyişiklik edilib.Lakin nə 2015-ci ildə, nə də 2024-cü ildə Milli Məclis bu yanlışlığı görməyib və ya düzəliş etməyib.
Yekunda əziyyət çəkən biz özəl sektorun işçiləri oluruq.Yanlış dispozisiyası olan maddəyə əməl edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə sanksiyasına məruz qalır.
Bu yanlışlığı görmək üçün gəlin, sözügedən 326-cı maddəsinin dispozisiyasını birlikdə nəzərdən keçirək: “Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -” Bu cümlədə “və digər” sözünə qədər bir və ya bir neçə tibbi müayinə sadalanmalı idi ki, ondan sonra “və digər tibbi müayinə” tələbi qoyula bilərdi.” Digər tibbi müayinə nə deməkdir? Bu sözlə qanunverici nəyi nəzərdə tutub, anma düzgün ifadə edə bilməyib?
“Və” bağlayıcısının o formada maddədə işlənməsinin heç bir qrammatik,üslubi əsası yoxdur. Qanun layihəsini Mlli Məclisdə qəbul edəndə cümlələri özləri də bir oxumalı idilər. Qanunda hər sözün,hətta “və” bağlayıcısının hüquqi çəkisi var.Biz nəyə görə dispozisiyası yanlış yazılmış maddənin yaratdığı çətinlikləri qəhrəman kimi dəf etməliyik? Çünki bu maddədə “və digər tibbi müayinə” mülahizəsinə görə maddəni tətbiq edən qurumun əməkdaşı sürücüdən “n” sayda tibbi müayinə də tələb edə bilər.
Digər tərəfdən yazıq sürücülərdən hər gün tibbi müayinə tələb etmək digər sürücülərlə müqayisədə onların hüquqlarının pozulması deməkdir. Səhər saat 6-da reysə çıxan sürücü tibbi müayinə haradan keçməlidir və nə vaxt keçməlidir? Bu da maddənin yatardığı bürokratik və inzibati maneədir.
Ona görə də xahiş edirəm ki, Milli Məclis bu yanlışlığı təcili şəkildə aradan qaldırmalı və buna qədər isə maddənin tətbiqinə moratorium qoyulmalı və maddədə yük maşını sürücülərinin hüquqlarına münasibətdə yaradılan inzibati və bürokratik maneə aradan qaldırılmalıdır”.
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM










