Milyarderlər küçəsində 32 milyon dollarlıq malikanə yandı - FOTO

Böyük Britaniyada dünyanın ən zəngin küçələrindən birində tərk edilmiş malikanə yanıb.
Bu bölgədə yerləşən evlərin sahibləri arasında Bruneyin ən varlı sultanı və pop ulduzu Castin Biber də var.
Londonun şimalında, milyarderlər küçəsi kimi də tanınan Bişops avenyuda yerləşən 32 milyon dollarlıq tikilidə güclü yanğın baş verib.
Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil. “The Towers” (“Qüllələr”) kimi tanınan, tərk edilmiş sahibsiz bahalı malikanənin söndürülməsi üçün hadisə yerinə 70 yanğınsöndürən və on ədəd texnika cəlb edilib.
Yanğın binanın bütün dam örtüyünü yararsız vəziyyətə gətirib. Birinci və ikinci mərtəbələrin bir hissəsi də zədələnib. Həmçinin güclü tüstü Londonun digər yerlərində də görünüb və hiss edilib. Yaxınlıqdakı evlərin sakinlərinə qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Qeyd edək ki, Londonun şimalındakı Bişops Avenyu dünyanın ən zəngin insanları arasında Bukinqem Sarayından da məşhurdur. “The Towers” tikilisinin əvvəllər musiqiçi və aktrisa Qreysi Fildsə məxsus olduğu güman edilir. Malikanə 1970-ci illərdə sökülüb və sonra yenidən tikilib. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












