Minatəmizləmə əməliyyatlarına 24 ambulans cəlb olunub - FOTO

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən icra edilən minatəmizləmə fəaliyyəti zamanı sahə işçilərinin təhlükəsizliyini təmin etmək, zərərçəkənə ilkin tibbi yardım göstərmək və onun hadisə yerindən dərhal təxliyyəsini təşkil etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələri, eləcə də müvafiq bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu vacib amillərdən biridir.
ANAMA maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib.
Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Agentliyə təhvil verilən 24 ədəd ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.
Xüsusi təyinatlı “Qazel Biznes 221717” markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.
Təcili tibbi yardım nəqliyyat vasitələri (4x4) yolsuzluq şəraitində rahat və təhlükəsiz hərəkət üçün nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları bədbəxt hadisələr, fərdi qəza və könüllü tibbi sığorta ilə təmin edilib.
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB












