Mingəçevirdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib.
Görüşdə çıxış edən şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. Ölkəmizdə “ağ ölüm”ə qarşı ciddi mübarizə aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində hüquq-mühafizə orqanları tərəfindən uğurlu tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb və gənclərə bu bəladan hər zaman uzaq durmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib.
Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO













