Mingəçevirdə narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 9 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı-Elnur Muxtarov, Səlim Səfərov, Bəxtiyar Kərimov, Zaur Şirinov, Sahil Yusifov, Zaur Rzayev, Elşən Mustafayev, Rəşvin Yusifov və Kamal İbrahimov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə keçirilən baxış zamanı onlardan müxtəlif növ narkotik vasitələ- heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












