Mingəçevirdə taksi sürücüsünə qarşı soyğunçuluq edən müştərilər saxlanılıb - FOTO

Şəmkir rayon sakini Anar Verdiyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus “Nissan” markalı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi zaman nəqliyyat vasitəsinə müştəri qismində əyləşən 3 nəfərin onu döyərək 130 manat pulunu apardıqlarını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şəmkir rayonu Dəllər-Cəyir kənd sakinləri - əvvəllər məhkum olunmuş Elşad İsmayılov, Ayaz Əsgərov və Malik Sadıqov saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf edib, hadisə zamanı sərxoş olduqlarını bildiriblər.
Araşdırma zamanı məlum olub ki, adları qeyd edilən şəxslər Şəmkir rayonundan gəzmək məqsədilə zərərçəkmişə məxsus avtomobillə Mingəçevirə gəliblər. Bir neçə dəfə xırda pullarının olmaması bəhanəsi ilə taksi sürücüsündən “borc” alıb, Şəmkirdə qaytaracaqlarını vəd ediblər. Əyləncələrini davam etdirmək üçün A.Verdiyevin cibində olan pulların hamısını ələ keçirmək məqsədilə guya təcili olaraq Yevlax rayonu Hacıselli kəndinə getməli olduqlarını bildiriblər. Kənd ərazisində ətrafda insanların olmamasından istifadə edən E.İsmayılov sürücüyə xəsarət yetirib, pulunu ona verməsini istəyib. Məqsədlərinə çatdıqdan sonra isə həmin nəqliyyat vasitəsini özləri idarə edərək yenidən Mingəçevirə qayıdıblar. Bir müddətdən sonra avtomobili tərk edib, oradan uzaqlaşıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












