Mixail Saakaşviliyə yeni həbs cəzası verildi

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili əlavə olaraq 4.5 il həbs cəzasına məhkum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat verib.
Bildirilir ki, Tbilisi məhkəməsi onu 2021-ci ilin payızında səkkiz ildən sonra gizlicə ölkəyə qayıtdığı zaman dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.
Qeyd edək ki, hazırkı hökm keçmiş dövlət başçısı üçün artıq dördüncü olub. Üçüncü hökm 12 martda elan edilmişdi - Saakaşvili büdcə vəsaitlərinin böyük miqdarda mənimsənilməsi işi üzrə doqquz il həbs cəzası almışdı. Bu, keçmiş prezidentin 2021-ci ildən bəri digər iki iş üzrə - deputat Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Girgvlianinin qatillərinin əfv edilməsi ilə bağlı çəkdiyi altı illik cəzaya üç il əlavə etdi.
İstintaqda hələ də 2007-ci ildə Tbilisidəki nümayişin güc tətbiq edilərək dağıdılması və iş adamı Badri Patarkatsiviliyə məxsus olan "Imedi" telekanalının ələ keçirilməsi ilə bağlı daha bir iş qalır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












