MN-dən külli miqdarda pul alan məşhur şirkətlə bağlı - Qərar verildi

Müdafiə Nazirliyindən hərbi şəhərcik tikmək üçün külli miqdarda pul alan şirkətlə bağlı məhkəmə yekunlaşıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə “Koza İnşaat Ve Savunma Sanayi Ticaret Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi Müdafiə Nazirliyinin rəhbərliyi ilə müqavilə bağlayıb. Müqavilə tələblərinə əsasən, şirkət MN üçün hərbi şəhərcik tikməli imiş. Lakin qeyd olunan vaxta qədər müqavilə öhdəlikləri yerinə yetirilməyib. Buna görə də nazirlik şirkət barədə məbləğin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məhkəmə iddianı qismən təmin edib. Ödənilmiş pulun tutularaq MN-ə qaytarılmasına dair qərar çıxarılıb.
Qeyd edək ki, “Koza İnşaat” Türkiyənin tanınmış inşaat şirkətlərindən biridir. Onun Azərbaycandakı filialının rəhbəri İzzet Özgümüş isə tanınmış iş adamlarından sayılır. Şirkət 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərir.
Qafqazinfo
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












