MN işi ilə bağlı yeni məhkəmə başlayır

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş daha bir sabiq vəzifəli şəxsin ibtidai istintaqı tamamlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib.
E.Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb. Amma o, DTX-nin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Müttəhim Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayətdən mühakimə edilən başqa zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi. Bu dəfə şahid kürsüsündən müttəhim kürsüsünə yerini dəyişəcək.
O, ittiham edildiyi AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərsə, 14 ilə kimi azadlıqdan məhrum oluna bilər.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












