“Möhürləri yerə atıb söyməyə başladı” - Göyçay məscidində İNSİDENT
Xəbərlər
26 Dekabr 2022 21:32

Göyçay şəhəri, Rəsul Rza küçəsində yerləşən məsciddə insident baş verib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, məscidə gələn 1974-cü il təvəllüdlü Zülfüqar Şıxbabayev (şərti ad-soyadlı) məsciddəki möhürləri yerə ataraq söyüş söyməyə, qışqıraraq səs-küy salmağa başlayıb. O, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmədə Z.Şıxbabayev heç kimi təhqir etmədiyini deyərək barəsində bildirilənlərin əsassız olduğunu söyləyib.
Məscidin nümayəndəsi isə Rəsul Rza küçəsində yaşayan həmin şəxsin məscidə gələrək oradakı möhürləri yerə atdığını və onları söyərək təhqir etdiyini bildirib.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə Z.Şıxbabayevə 25 sutka inzibati həbs cəzası verilib.
Oxunub : 2200
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












