Moskva bazarında 70 miqrant saxlanılıb

Rosqvardiya əməkdaşları Moskvada bazarda 70 miqrantı saxlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. “Rusiya Qvardiyasının Moskvadakı Baş İdarəsinin “Avanqard” və “Qılınc” mobil xüsusi təyinatlı dəstəsinin (OMON) əməkdaşları İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin əməkdaşları ilə birlikdə paytaxtda miqrasiya qanunvericiliyinin pozulması hallarının və hərbi xidmətdən yayınan vətəndaşların aşkar edilməsi məqsədilə reydlər keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində miqrasiya qeydiyyatı məlumat bazaları ilə yoxlanılması üçün Çerkizovskaya küçəsində yerləşən bazarın ərazisində 70 vətəndaş saxlanılıb”, - məlumatda bildirilir. Qurumun mətbuat xidmətindən deyilib ki, onlardan 20 nəfəri hərbi qeydiyyatının yoxlanması üçün Moskva Hərbi Komissarlığına göndərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












