Moskvada yanvarın 6-dan etibarən əsrin ən soyuq beş günü gözlənilir

Yanvarın 6-dan 10-dək Moskvada - 29 dərəcəyə qədər şaxta gözlənilir.
Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Onun sözlərinə görə, Moskvada bu əsrdə ən soyuq beş günlük həftə olacaq.
Meteoroloq bildirib ki, buna qədər paytaxtda 2-6 dərəcə şaxta ilə kifayət qədər rahat temperatur gözlənilir.
“Çox kəskin soyuqlar, şaxtanın düşməsi yanvarın 6-da baş verəcək. Gecələr -20-22, gündüzlər də -18-20 dərəcə şaxta olacaq. Milad gecəsində şaxta daha da güclənəcək, havanın temperaturu -27 dərəcəyə , yanvarın 8-də isə -29 dərəcəyə qədər enəcək. Moskvada Yeni il tətilindən sonra hər kəsin işə gedəcəyi 9 yanvarda gün ərzində temperatur fonu -20 dərəcəyə yaxın olacaq. Bu, son 23 ildə, yəni 21-ci əsrin əvvəlindən bəri ən soyuq beş günlük dövr olacaq”, deyə Vilfand qeyd edib. (apa)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











