Mövqelərimiz üzərində kəşfiyyat xarakterli uçuşun qarşısı alınıb

"Qeyri-qanuni erməni birləşmələrinin kvadrokopterlə kəşfiyyat fəaliyyətinin qarşısı alınıb".
Bu barədə Avtosfer.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 4-ü saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib:
"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb. Bundan başqa, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












