Mübahisə edib, qadının evinə qumbara atdı

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.
Avtosfer.az-ın məlumatına görə, Quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb.
Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb.
Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












