Mübariz Mənsimovun ortağı olan erməni mafiya başçısı 40 il həbs cəzası aldı - FOTO

FETÖ terror təşkilatı ilə kirli şəbəkə yaratması səbəbindən beş il həbs cəzası verilən Mübariz Mənsimovun ortağı, erməni mafiya başçısı Levon Termendzhyan ABŞ-də kirli pulların yuyulması və dələduzluq ittihamı ilə 40 il müddətinə həbs edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-də bioenerji istehsalçısı Yakob və İsaiah Kinqston qardaşları ilə də ortaq olan Levon Termendzhyan şəxsi mənafeyi üçün qurumlara yalan məlumat verib.
O, ABŞ Federal büdcəsindən aldığı pulu saxta sənədlərlə hesabına keçirib. Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin Ədliyyə Nazirliyinin məlumatına görə, Termendzhyan 2010-cu ildən 2018-ci ilə qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə 1 milyard dollardan çox zərər vurub.
ABŞ-də 7 həftədir davam edən məhkəmədə nəticə açıqlanıb. Termendzhyan çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə 40 il azadlıqdan məhrum edilib. Eyni zamanda o, ABŞ-nin Dövlət Gəlirləri idarəsinə 442 615 520 dollar təzminat, həmçinin, 181 milyon dollardan çox inzibati cəza olaraq pul ödəməlidir. Bu, ölkədə son 10 ildə fırıldaqçılıqla bağlı verilən ən böyük cəzalardan biri olub.
Erməni mafiya liderinin digər ortağı Mübariz Mənsimov onunla əlaqəsini rədd etsə də, ələ keçirilən sənədlər hər cür qanunsuzluğun olduğu çirkli ortaqlığı ortaya çıxarıb. Hətta Termendzhyanın oğlu Georq Termendzhyan Solt Leyk Şəhər Federal Məhkəməsində baxılan prosesdə FETÖ-çü Mənsimovla ortaq şirkət qurduqlarını deyib və bildirib ki, Mənsimovun dedikləri doğru deyil.
Erməniəsilli Levon Termendzhyan 2018-ci ilin avqust ayında Federal Təhqiqat Bürosunun həyata keçirdiyi əməliyyatla tutulub. Ortaqları olan Kinqston qardaşları və FETÖ-çü M.Mənsimovla 2016-cı ilin oktyabr ayında guya yanacaq və məhsul daşınması, biodizel daşınması və karqo daşınması üçün şirkət qurduğu sübut olunub.
FETÖ-çü Mənsimovun Azərbaycanla Türkiyənin Cənubi Qafqazdakı ittifaqına qəti surətdə qarşı çıxdığı və Ermənistanı dəstəkləyən İranla yaxın əlaqələri olduğu da məlumdur.


Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












