Mübariz Qurbanlının qardaşını şantaj edənlərə HÖKM OXUNDU

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan şəxslər - Ümman Əliyev və tanışlarının məhkəməsi yekunlaşıb.
Avtosfer.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov və Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev, Sahilə Məmmədova 4 il 9 ay həbs cəzası alıb. S.Məmmədovanın himayəsində azyaşlı övladı olduğuna görə onun cəzası uşaq 14 yaşına çatana qədər təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Daha bir təqsirləndirilən Pərvin Yusifov isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.
Xatırladaq ki, istintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanova zəng edərək hədələyib, şantaj yolu ilə pul verməsini tələb ediblər. Onların Qurbanovdan şantaj yolu ilə 63 min manatdan çox pul aldığı bildirilir.
Qeyd edək ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













