Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edildi

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Sənəd qəbulu cari ilin 30 aprel tarixinədək baş tutacaq.
"Sənəd qəbulu 18 mart – 30 aprel tarixlərində (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, həmçinin 1 aprel – 30 aprel tarixlərində regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçiriləcək. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək", - nazirlikdən bildirilib.
Qaydalara əsasən, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












