Müfəttişlik rəisi: “Yanacaqdoldurma məntəqələrinin mühafizə zonası olmalıdır”

Yanacaqdoldurma məntəqələrində bütün təhlükəsizlik tədbirləri görülməlidir.
Avtosfer.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsində nəzarət Müfəttişliyinin rəisi Eltun Həsənov jurnalistlərə keçirilən təlim zamanı deyib.
O bildirib ki, yanacaqdoldurma məntəqələrin müəyyən mühafizə zonası olmalıdır: "Yanacaqdoldurma məntəqələri tikililərdən ən azı 50 metr aralıda olmalıdır. Lakin yanacaqdoldurma məntəqəsinin sutkalıq xidmət göstərdiyi avtomobillərin sayından asılı olaraq məsafə dəyişə bilər".
Müfəttişliyin rəis əvəzi qeyd edib ki, yanacaqdoldurma məntəqələrin operatorlarına xüsusi kurslar keçirilir: "Hadisə olan zaman ilkin olaraq müdaxiləni yanacaqdoldurma məntəqələrində çalışan operatorlar etməlidir. Bundan başqa, yanacaqdoldurma məntəqələrində məlumat lövhələri yerləşdirilməli, təhlükəli hallar izah edilməlidir".
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











