Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasında ətraf mühitə ən az təsir edən layihə seçilib

“Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi təqdim edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi dəfələrlə onu təftiş edib”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
“İstənilən layihənin ətraf mühitə təsiri böyükdür. Bir neçə alternativ varianta baxılıb, ətraf mühitə ən az təsir edə biləcək layihəyə üstünlük verilib. Digər layihələrdə ətraf mühitə daha çox təsir nəzərdə tutulduğundan hazırkı layihə seçilib”, - deyə o qeyd edib.
“Yolun yenidən qurulması bölgədə turizmin inkişafı, eləcə də əhalinin rahat və təhlükəsiz yol infrastrukturuna malik olması baxımından çox mühümdür. Bu zonada yol çəkilərkən xüsusən yaşıllıqlara dəyəcək ziyanın bərpa dəyərinin ödənilməsi, yaşıllıqların maksimum dərəcədə köçürülməsi, həm də əlavə yaşıllığın salınması nəzərdə tutulub”, - deyə xidmət rəisi əlavə edib.
Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud ikizolaqlı yol genişləndirilərək dörd hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissə hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə səkkiz ərazidə ümumi uzunluğu dörd km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.
Report
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır











