Müharibə iştirakçısı olan generalın doğum günüdür - FOTO

Bu gün Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı general-leytenant Heydər Piriyevin doğum günüdür.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Piriyev 1959-cu ildə Ermənistan SSR-in Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.
O, 1974-1976-cı illərdə Bakıda 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə, 1976-1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.
1980-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edən H.Piriyev 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində fəaliyyət göstərib.
Müdafiə Nazirliyində Hərbi Polisin qurucusu, ilk zabit olan H.Piriyevə Ümummilli Lider Heydər Əliyev tərəfindən 2003-cü ildə general-mayor rütbəsi verilib.
2002-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.
2014-cü ilin iyun ayında H. Piriyevə Azərbaycan Prezidentinin Sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilib və o, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.
2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilib, 2024-cü ildə tutduğu vəzifədən azad olunub.

ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












