Müharibəyə çağrılanda çox sevindim - Qazi

Sentyabrın 30-da müharibəyə getmək üçün mənə səfərbərlik xidmətindən zəng vurulanda çox sevindim. Müharibəyə sevinclə getdim. Şəhidliyi nəzərdə tutub getdim, lakin qismət olmadı.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Sumqayıt şəhər sakini, Vətən Müharibəsi qazisi İlkin Qəmbərov deyib.
Onun sözlərinə görə, müharibə vaxtı Tərtər-Ağdərə istiqamətində döyüşüb. Oktyabrın 6-da isə mərmi partlaması nəticəsində yaralanaraq beyin zədəsi alıb, sağ qulağının eşitməsini itirib, sol qulağının eşitmə qabiyyəti zəifləyib, sağ gözünün görmə qabiliyyəti zəifləyib:
"Qulağımda sinir ölüb, damar yığılıb. Bunu YAŞAT Fondu da təsdiqlədi. Onların nümayəndəsi gəlib vəziyyətimlə maraqlandılar, deyildi ki, qulağımın eşitməsinin bərpası mümkün deyil. Bunun bərpası yalnız əməliyyatla olmalıdır. Lakin o da beyinlə əlaqəli olduğu üçün çox ciddi fəsadlar yarada bilər, rislklidir. Amma başımla bağlı müalicəmi davam etdirirəm. Hələ də ağrılarım var. Həkimlər deyir ki, bu, belə davam edəcək".
İ.Qəmbərov qeyd edib ki, oktyabrın 6-da yaralanmasına baxmayaraq, döyüşə davam edə bilməsi üçün bu barədə heç kəsə heç nə deməyib:
"Oktyabrın 15-ə qədər döyüşdük, sonra müdafiə mövqeyinə keçdik. Bu müddətdə başımın ağrılarını kəsmək üçün ancaq ağrıkəsicilər içirdim. Qulağımın eşitmədiyini isə çox sonradan bilmişəm. Döyüş yoldaşlarım yanımda söhbət edirmiş, mən isə onları eşitmirdim. Həkimlər deyirlər ki, müalicəni vaxtında etsəydim, qulağım eşidə bilərdi. Lakin səhhətimdə yaranan peroblemə görə peşman deyiləm. Vətən üçün canımız fəda olsun".
Qazi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində müalicə olunduğunu söyləyib.
O qeyd edib ki, burada ona psixoloji dəstək də göstərilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












