Narkotik daşıyan gəmi görün necə saxlanıldı?

Kadis körfəzində İspaniya polisi gömrük orqanlarının və cinayətkarlıqla mübarizə agentliyinin əməkdaşlarının iştirakı ilə göyərtəsində 4 tondan çox həşiş aşkar edilən Britaniya yelkənli gəmisini saxlayıb.
Avtosfer.az bildirir ki, Milli Polisin mətbuat xidmətindən verilən xəbərə görə, gəmi Mərakeşin qərb sahillərinə doğru gedirdi, lakin Cəbəllütariq boğazında pis hava şəraiti səbəbindən o, İspaniya sularına qayıtmağa məcbur olub. Eyni zamanda İspaniyanın hüquq-mühafizə orqanlarına Britaniya hakimiyyəti tərəfindən şübhəli yelkənli gəmi ilə bağlı xəbərdarlıq edilib. Araşdırma zamanı məlum olub ki, narkotik maddənin sonradan Cənubi Amerikaya göndərilməsi üçün Mərakeşə çatdırılması planlaşdırılır.
Yelkənli qayıq fırtınadan yayınmaq üçün İspaniya sularına qayıdan zaman gömrük patrul qayığı ona yaxınlaşa bilib. Gömrükçülər yelkənli gəminin göyərtəsində çoxlu sayda çanta aşkar ediblər. Gəmi Kadiz limanına çatdırıldıqdan sonra axtarış zamanı içərisində 4,4 tona yaxın həşiş qətranı olan 130 bağlama aşkar edilib.
İki ekipaj üzvü həbs edilib, lakin istintaq hələ də davam edir, daha çox adam həbs oluna bilər.
Lent.az
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO










