Narkotik əməliyyatı - Tutulanlardan biri qadındır

Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan Ə.M. saxlanılaraq idarə etdiyi avtomibillə birlikdə şöbəyə gətirilib. Onun avtomobilində müvafiq axtarış aparılarkən bir bükümdə psixotrop maddə olan metamfetamin götürülüb.
Araşdırmalarla həmin şəxsin narkotiki pul qarşılığında Saminə adlı rayon sakinindən aldığı müəyyən edilib. Əməliyyatın davamı olaraq keçirilən tədbirlər nəticəsində Saminə Həsənova da saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı külli miqdarda metamfetamin aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, S.Həsənova barəsində məhkəmənin qərarı ilə həbs, Ə.M. barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












