Bakıda Tibb Universitetinin narkotik satan iranlı tələbələri tutuldu - VİDEO - FOTO

Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşlarının təşkil etdiyi 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri olan qeyd edilən ölkənin vətəndaşları Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar. Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.
İlkin sorğu zamanı dəstə üzvləri “Araz” və “Hüseyn” adlı şəxsiyyəti istintaqla araşdırılan həmvətənlərinin göstərişi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrində narkotik vasitələrin onlayn satışını, həmçinin qanunsuz dövriyyəsini təşkil etdikləri bildiriblər. Bu məqsədlə dəstə üzvləri narkoşəbəkə yaradaraq müxtəlif yalan və şirnikləndirici vədlər müqabilində əsasən gəncləri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ata, Pouya, Ali və Shishen Malekilər, eləcə də Heybət Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI










