NATO Rusiyanın Ukraynadakı müharibədə itkisini AÇIQLADI – ŞOK RƏQƏM

Genişmiqyaslı işğal zamanı ukraynalılara qarşı döyüşlərdə 200 mindən çox rus əsgəri və 1800-dən çox zabit həlak olub və ya yaralanıb.
Bu haqda NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoli məlumat verib.
O qeyd edib ki, “bu müharibənin ölçüləri çox böyükdür” və Rusiyanın Ukraynaya hücumundan sonra NATO üzvü olan ölkələr “yeni vəziyyətə” uyğunlaşmalıdırlar.
Rusiya indiyədək 2000-dən çox əsas döyüş tankını itirib. 200 mindən çox rus əsgəri və 1800-dən çox zabit öldürülüb və ya yaralanıb”, - Kavoli bildirib.
Onun sözlərinə görə, orta hesabla Rusiya ordusu gündə 23 mindən çox artilleriya mərmisi atır. Qurum rəsmisi onu da qeyd edib ki, “kimsə tankla gəlirsə, müharibəni qəbul edən tərəfə də tank lazımdır”.
Lakin soyuq müharibənin dərslərindən biri odur ki, silahların dəqiqliyi mühüm rol oynayır. Bundan başqa, müdafiə sənayesinin istehsal gücü də önəmlidir. Kim daha sürətli silah istehsal edə bilirsə, o qalib gəlir. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












