Naxçıvandan gələn avtobusdan görün nələr tapıldı? - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantasından 6 388 qram çəkisində narkotik vasitələr aşkarlanıb.
Avtosfer.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 060 qram olan psixotrop maddə - metamfetamin və 4 328 qram narkotik vasitə - heroin aşkarlanıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI















