Naxçıvan DİN taksi şirkətinin iddialarına aydınlıq gətirdi

Naxçıvanda yeni fəaliyyətə başlayan *8777 taksi şirkətinə qarşı təzyiqlərin olması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılıb.
Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, *8777 taksi şirkətinin Muxtar Respublika üzrə təmsilçisi kimi özünü təqdim edilən V.Babayev barəsində daxil olan çoxsaylı müraciətlər əsasında onun digər taksi sürücülərinə qarşı qeyri-qanuni hərəkətlər törətməsi müəyyən edilib.
Fəaliyyət sahəsi üzrə zəng qəbul edib yönəltdiyi taksi sürücülərinin şikayətləri əsasında onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə onun barəsində 25 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Bundan başqa şirkətin rəhbəri Həsrət Paşayevin Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərini təhdid etməsi ilə bağlı əlavə müraciətlər də daxil olub. Sürücülər həmin səsli təhdid ismarışlarını polis orqanına təqdim ediblər.
Hazırda araşdırmalar davam etdirilir. (apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












