Naxçıvan FHN-ə 5 yeni müasir yanğınsöndürən avtomobili verildi - FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yaşayış sahələrində, sənaye, dağlıq-meşə zonalarında baş verən yanğınların söndürülməsi üçün 5 yeni müasir yanğınsöndürən avtomobili verib.
Avtosfer.az xəbər verir ki, yeni avtomobillərə Rusiya istehsalı olan 3 ədəd “KamAZ” və 1 ədəd “Ural” markalı yanğınsöndürən, Almaniya istehsalı olan 1 ədəd “İveco” Magirus markalı 42 metr hündürlüyə uzanan avtonərdivan daxildir.
Avtomobillər çoxprofillidir, yanğın yerinə şəxsi heyətin, yanğın texniki və xilasedici avadanlıqların, suyun və köpükəmələgətirən maddələrin daşınması, çoxmərtəbəli binalardan insanların təxliyəsi və əşyaların çıxarılması, xilasedici və yanğınsöndürənlərin yuxarı mərtəbələrə qaldırılması, yanğın yerinin işıqlandırılması eyni zamanda, digər köməkçi işlərin görülməsi üçün istifadə olunacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















