Naxçıvan Qarnizonunda toplantı: Göstərişlər verildi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Toplantıda əsas diqqət Naxçıvan Qarnizonun birləşmə və hissələrinin bölmələrində döyüş və döyüş hazırlığı üzrə məşğələ və təlimlərin vahid metodika üzrə keçirilməsində zabitlərin metodik hazırlıqlarının yüksəldilməsinə yönəldilib.
Toplantı zamanı bölük və tabor taktiki qruplarının ərazidə fəaliyyəti, səfər, döyüşqabağı və döyüş düzülüşlərində hərəkəti, irəliləməsi və açılması mövzusunda müxtəlif variantlarda göstərici məşğələlər keçirilib.
Nümayiş, göstərici, taktiki-sıra və taktiki təlimlərdə komandirlərin və qərargahların bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsəsdilə praktiki fəaliyyətlərə daha çox diqqət ayrılıb.
Toplantının sonunda zabitlərin hərbi topoqrafiya, taktiki və fiziki hazırlıq üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.
Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












