Naxçıvana birbaşa nəqliyyat dəhlizinin üstünlükləri - VİDEO

Naxçıvana birbaşa nəqliyyat dəhlizinin açılması iqtisadi inkişafa hərtərəfli dəstək olacaq.
Nəqliyyat dəhlizi istər yük, istərsə də sərnişin daşınması sahəsində mühüm əhəmiyyət daşıyacaq.
Məlumdur ki, paytaxtdan və digər ərazilərdən Naxçıvana gediş-gəliş xeyli vaxt və maddiyyat tələb edirdi. Lakin bu dəhliz insanların və daşınan yüklərin həm ucuz, həm də qısa zamanda mənzil başına çatmasına imkan yaradacaq.
Qafqazşünaslıq İnstitunun şöbə müdiri Elnur Kəlbizadə Baku TV-yə bildirib ki, indiyə qədər Naxçıvan əhalisi Azərbaycan vətəndaşları tranzit vasitələrlə Naxçıvana gedirdi. Bu nəqliyyat dəhlizi artıq üçüncü yol olacaq. Digərləri ilə müqayisədə, bu yolun ən böyük hissəsi Azərbaycan ərazisindən keçir və bu da Azərbaycan üçün bir sıra iqtisadi üstünlüklər deməkdir.
Naxçıvan ərazisində 21 filiz yatağı aşkarlanıb. Məhz sözügedən nəqliyyat dəhlizi bu yataqların azad edilən ərazilərimizdəki yataqlarla birgə işlənməsi üçün iri emal kompleksinin yaradılmasına imkan verəcək. Bu nəqliyyat dəhlizi iqtisadiyyatın digər sahələrinin də inkişafını təmin edəcək.
İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, yükdaşıma prosesində, xüsusən transmilli yükdaşıma prosesində, qiymət əmələgəlmə prosesində çox müsbət vəziyyət yaranacaq.
Daha ətraflı Baku TV-nin videoreportajında:
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










