Naxçıvanda rus helikopterinin vurulması… - Tonoyandan şok

Ermənistanın həbsdə olan müdafiə naziri David Tonoyan 10 noyabr bəyanatının imzalanması ilə bağlı məxfi detalları açıb.
Avtosfer.az Globalinfo-ya istinadən xəbər verir ki, Tonoyan 9 noyabr gecəsi baş nazirlə konsultasiyalar apardığını, bundan sonra Nikol Paşinyanın bəyanatı imzalamamaq qərarı verdiyini bildirib. O, baş nazirin bundan sonra müdafiə naziri, XİN rəhbəri və digər nümayəndələrə Rusiyaya öz mövqelərini çatdırmasını istədiyini söyləyib:
“Yuxarıda qeyd edilən tapşırığı aldıqdan sonra 18:30-da Azərbaycan Rusiya helikopterini Naxçıvan yaxınlığında vurdu. Qəza anı haqqında dəqiq informasiya alana qədər mənim rusiyalı həmkarımla kifayət qədər ağır danışığım baş tutmuşdu”.
Tonoyan Şoyqu ilə telefon danışığının 4 saat davam etdiyini və əsas müzakirə mövzusunun anklavlar olduğunu deyib. Keçmiş müdafiə naziri yalnız bundan sonra anklavların bəyanata daxil edilmədiyini və sənədin Paşinyana belə təqdim olunduğunu söyləyib. O, hazırda anklavlarla bağlı aparılan danışıqların onun Şoyqu ilə 2020-ci ildə apardığı müzakirələrin nəticəsi olmadığını söyləyib. Tonoyan həmçinin digər detallar barədə İstintaq Komitəsində çıxış etməyə hazır olduğunu deyib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












