Naxçıvanın sabiq daxili işlər naziri ilə bağlı məhkəmə təxirə salınıb - FOTO

Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovla bağlı məhkəmə prosesi təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun icraatına verilmiş iş üzrə iclas yanvarın 18-də keçiriləcək.
İclasda Əhməd Əhmədovla bağlı kassasiya şikayətinin müddətinin uzadılması ilə bağlı müraciətə baxılmalı idi.
Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.

Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











