"Naxtel" fəaliyyətini dayandırır

“Naxtel” MMC telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.
Avtosfer.az xəbər verir ki, “Naxtel” MMC 01 dekabr 2025-ci ildən etibarən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01 oktyabr – 01 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – Azercell, Bakcell və Nar-a müraciət etməlidirlər.
01 dekabr 2025-ci ilədək nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək və mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək.
“Naxtel” MMC bildirir ki, qeyd olunan tarixədək silinmiş məbləğlərin geri qaytarılmasına və ya kompensasiyasına görə şirkət məsuliyyət daşımır.
Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












