"Naxtel" MMC fəaliyyətini dayandırır - Bir operatorda eyni nömrənin olması problem yaradacaq?

Dekabr ayının 1-dən etibarən "Naxtel" MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsinin dayandırılacağı üçün abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün oktyabrın 1-dən dekabrın 1-dək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara ("Azercell", "Bakcell", "Nar") müraciət etməlidirlər.
Mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
Maraqlıdır, bəs görəsən, abunəçilərin nömrə daşınması zamanı prefiksləri dəyişərsə, hər üç operatorda eyni nömrələrin olması problem yaradacaqmı?
Məsələ ilə bağlı "Naxtel" MMC-dən bildirilib ki, nömrə daşınması zamanı prefikslər dəyişməyəcək:
"Nömrə daşınması zamanı prefikslər olduğu kimi qalacaq, yalnız şəbəkələr digər mobil operatorlara ("Azercell", "Bakcell", "Nar") keçəcək. Belə olan halda bir operatorda olan eyni nömrələrin olması hər hansı problem yaratmayacaq. İstədikləri mobil operatoru istifadə edən abunəçilər seçdikləri operatorun tariflərindən istifadə edəcəklər. Tənzimlənəcək başqa məsələlər olarsa, oktyabrın 1-nə kimi saytda ətraflı məlumat veriləcək".(oxu.az)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












