Nazir müavininin həyat yoldaşı bir ildə 53 dəfə xaricə gedib - SƏBƏB - FOTO

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubaya köçməsi təsadüfi hal deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə 2022-ci ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları 2021-2022-ci illəri əhatə edir, və əsasən London, Dubay və Türkiyəyə olub.
Mərhum nazir Yavər Camalovun dövründə müavin postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.
Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan Londona, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.
63 yaşlı nazir müavini Yəhya Musayev isə Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da Bakıya qayıdıb.
Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, otelləri və restoran şəbəkələri var.
Qeyd edək ki, Zemfira Musayeva külli miqdarda pulla ölkəni tərk edib.

Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












