Nazir Zemfira Meftahətdinovanın yerinə rəis təyin etdi

Daxili işlər orqanlarında kadr təyinatı olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.
O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.
Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü tanınmış idmançı 2003-cü ildə Polis Akademiyasında Fiziki Hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləyib. 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Nailiyyətlərinə görə 2008-ci ildə dövlət baçısının sərəncamı ilə "Tərəqqi" medalı ilə təlitif edilib. Beynalxalq yarışlarda Azərbaycanı təmsil etmiş cüdoçu, uzun illər məşqçi kimi də fəaliyyət göstərib. Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












