Nazirlik: Su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb

"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində torların yığışdırılması davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib.
Aksiya zamanı sözügedən su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb.
Vətəndaşlarımızı "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərilməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












