Neftçalada oğurluq edən şəxs saxlanılıb

Neftçalada oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az -a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir mağazadan və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Cavid Məcidov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, C.Məcidov rayon ərazisində yerləşən mağazaların birindən 320 manat pul, 480 manat dəyərində danışıq kartı və tütün məmulatı, bir həyətyanı sahədən isə ümumi dəyəri 11.650 manat olan 5 ədəd su mühərriki, müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri, samovar, tikiş maşını və məişət əşyaları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.
Faktlarla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO












