Neftçilər prospektinin təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

Bakıda hərəkət üçün alternativi olmayan yolda təmir işləri davam edir.
Söhbət ''Azneft'' dairəsindən üzü Dəniz Vağzalı istiqmatdə nəqliyyata bağlı olan Neftçilər prospektindən gedir.
Ötən ayın son günlərindən yolda mərhələli şəkildə təmir işlərinə başlanıb. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə təmir-tikinti işlərini özəl şirkətlərdən biri aparır.
Yeni asfalt qatının vurulması və yolun bağlı olması ilə bağlı yol polisi də sürücüləri əvvəlcədən xəbərdar edib ki, həmin ərazidə gəlib tıxacda qalmasınlar.
İş icraçıları bildirdilər ki, prospektdə asfaltlama işləri yekunlaşan kimi yola cizgi xətləri çəkiləcək. Prospekt bu gün axşam saat 10-da tam olaraq nəqliyyatın hərəkətinə açılacaq.
İş icraçıları onu da əlavə etdilər ki, işlər hava şəraitinə uyğun olaraq aparılır və tam olaraq aprel ayının əvvəlinə qədər təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












