Piyadaların vurulması ilə nəticələnən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə müraciət edib.
Qurum rəsmisi Rauf Mirqulamov Avtosfer.az-a bildirib ki, NİİM paytaxt yollarında quraşdırılan videomüşahidə kameraları vasitəsilə piyadaların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən bir sıra yol-nəqliyyat hadisələrini qeydiyyata alıb.
Aparılan müşahidələrə əsasən, hadisələrin başlıca səbəbi piyadaların məsuliyyətsiz davranaraq yolun hərəkət hissəsini onlar üçün nəzərdə tutulmayan yerlərdən keçmək və nizamlanan piyada keçidlərində svetoforun onlar üçün qadağanedici işarəsində hərəkət etməkdir.
Sutkanın müxtəlif vaxtlarında piyadaların iştirakı ilə baş vermiş qəzalar digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane yaradaraq yollarda sıxlığa səbəb olur.
Belə hadisələrin baş verməməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları, eləcə də sürücüləri “Yol hərəkəti haqqında” qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara riayət etməyə çağırır.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











