Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb - FOTO - VİDEO

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Elxan Ağagülov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı Nizami rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefonunu istəyib.
E.Ağagülov mobil telefonu qaytaran zaman zərərçəkənin içərisində 550 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisədən sonra E.Ağagülovun həmin ərazidən yayınması və yaxınlıqdakı marketə daxil olması müşahidə kameralar vasitəsi ilə lentə alınıb.
E.Ağagülov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












