"NomadMania" səyyah klubunun Xankəndiyə səfəri başladı - FOTO - YENİLƏNİB

"NomadMania" səyyah klubunun Xankəndi şəhərinə səfəri başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, səfər zamanı səyyahlara şəhər haqqında geniş məlumat verilib.
Bildirilib ki, ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı başladıqları torpaq iddiaları zamanı Xankəndi şəhəri və ətraf kəndlərdə etnik təmizləmə siyasəti aparılıb. Şəhərin azərbaycanlı sakinləri təzyiqlərə məruz qalıb, onlara qarşı fiziki işgəncələr tətbiq edilib.
Səyyahlar Xankəndi səfərində Qarabağ Universitetini də ziyarət ediblər. Qonaqlara Qarabağ Universitetinin fəaliyyəti və burada yaradılan təhsil səviyyəsinin beynəlxalq səviyyədə təşkil olunması bildirilib.
***
Dünya şöhrətli "NomadMania" səyyah klubunun Şuşa şəhərinə səfəri başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.
Budəfəki səfər zamanı dünyanın 30 ölkəsinin - ABŞ, Böyük Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər edib.
6 qitəni təmsil edən səyyahların yer aldığı qrupun rəhbəri dünya şöhrətli səyyah, "NomadMania" klubunun təsisçisi Hari Mitsidisdir.
***
Bu gündən dünya şöhrətli "NomadMania" səyyah klubunun Qarabağa səfərləri başlayıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qonaqları daşıyan təyyarə artıq Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Səfərin təşkilatçıları hava limanı barəsində qonaqlara geniş məlumat veriblər. Bildirilib ki, Füzuli işğaldan azad edildikdən sonra bu ərazi qısa müddət ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənib, beynəlxalq standartlara cavab verən liman inşa olunub.
Bu, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. Budəfəki səfər zamanı 30 ölkədən olan səyyahlar Şuşa, Xankəndi və Ağdama səfər edəcəklər.
***
Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Syerra-Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qrupun rəhbəri dünyaşöhrətli səyyah, "NomadMania" klubunun təsisçisi Hari Mitsidisdir.
Heyət üç gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.
Qeyd edək ki, Vətən müharibəsindən ötən beş il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin - ETIC, MTP, TCC, "NomadMania" və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, "Club-100" (İsveç), "Piki Reels" (Böyük Britaniya), "Vagaclub" (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO


















