Növbəti XƏBƏRDARLIQ: Bu gecə...

Avqustun 3-də alimlər Günəşdə Yer kürəsinə istiqamətlənən növbəti partlayışı qeydə alıblar. Bu partlayış zamanı atılan tac kütləsi bu gün gecə yarısı planetimizə çatacaq.
Geomaqnit qasırğası avqustun 4-ü gecə və ya 5-i səhər başlayacaq.
Buna görə də meteohəssas insanlar sağlamlıqlarını qorumalı və əhvallarına fikir verməlidirlər.
Maqnit qasırğaları Günəşdə partlayış nəticəsində Yerin maqnit sahəsində yaranan pozuntulardır. Ekspertlər qeyd edirlər ki, maqnit sahəsinin titrəyişləri rabitə sistemlərinə güclü ziyan vura bilər və insan sağlamlığına mənfi təsir edə bilər. Bu günlərdə insanlar ən çox əhvalın pisləşməsi, baş ağrıları, konsentrasiyanın pozulması və yuxusuzluqdan şikayət edirlər.
Xroniki xəstəlikləri olan və immuniteti zəif insanlar risk zonasındadırlar.
Qasırğanın mənfi fəsadlarını minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına riayət edilməlidir. Belə günlərdə stres və gərginlikdən uzaq olmaq lazımdır. Yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaların qəbulu azaldılmalıdır. Bunların əvəzinə həkimlər daha çox meyvə və tərəvəz qəbul etməyi tövsiyə edirlər.
Qəhvə, siqaret və spirtli içkilərdən imtina edərək, daha çox maye, adi və ya tərkibində ot olan çaylar qəbul edilməlidir.
Mütəmadi olaraq otağı havalandırmaq və heç olmasa qısa müddət ərzində təmiz havada gəzintiyə çıxmaq lazımdır. İmkan daxilində gündə eyni vaxtda yuxuya getməli və mütləq kifayət qədər yatdığımızdan əmin olmalıyıq. (azərtac)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












