Oğurladığı 20 min manatı restoranlarda xərclədi

Mingəçevirdə mənzildən oğurladığı 20 min manata yaxın pulu restoranlarda xərcləyən şəxs tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Hündürmərtəbəli binada yerləşən mənzilə eyvandan daxil olan naməlum şəxs oradan içərisində 3100 ABŞ dolları, 10 000 manat pul, müxtəlif qızıl-zinət əşyaları (20 min manata yaxın) və ev sahibinə məxsus sənədlər olan çamadanı oğurlayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də mənzillərdən külli miqdarda oğurluqlar etdiyi üçün dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Rüstəm Əzizov saxlanılıb.
R.Əzizov ifadəsində evdə heç kimin olmadığını fürsət bilərək ora daxil olduğunu, niyyətini həyata keçirdikdən sonra pul və qızılları götürərək Bakı şəhərinə getdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin çamadanda olan sənədləri iz itirmək məqsədilə yandırdığı, əldə etdiyi pulları isə qısa müddət ərzində paytaxtdakı əyləncə mərkəzlərində, bahalı restoranlarda xərclədiyi məlum olub.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, R.Əzizovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










