Oğuzda iki kəndi birləşdirən yol bərbad vəziyyətə düşüb

Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat verib.
Sakinlər deyir ki, iki kəndi birləşdirən yolun acınacaqlı vəziyyəti təkcə yerli sakinləri deyil, buraya gələn qonaqların da narahatlığına səbəb olur.
Onların sözlərinə görə, yol o qədər bərbad vəziyyətə düşüb ki, burada həm avtomobillə, həm də piyada hərəkət etmək əsl problemə çevrilib. Xüsusən, qış aylarında bir qədər yağış yağan kimi bu yol keçilməz olur.
Yerli əhali 30 ildir yararsız olan kənd yollarının bərpası üçün aidiyyəti qurumlara müraciət etsələr də, əməli olaraq heç bir tədbir görülməyib. Belə ki, 5 kilometr uzunluğunda olan yol sonuncu dəfə 1990-cı illərdə asfalt örtüyü ilə üzlənib. Zaman keçdikcə, asfalt örtüyü aşınmalara məruz qalıb və yolda müxtəlif ölçülərdə çalalar əmələ gəlib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Report"un yerli bürosuna verilən məlumata görə, sözügedən yol artıq təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib.
Qeyd edilib ki, maliyyə vəsaiti ayrılan kimi həmin yolun agentlik tərəfindən təmir işləri həyata keçiriləcək.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












