Okeanda yadplanetli gəmi fraqmentləri aşkar edilib

UFO-ları və yadplanetliləri axtarması ilə tanınan Harvard alimi və komandası okeanın dibində yadplanetli gəmisinin kiçik fraqmentlərini kəşf etdiklərini açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə BBC News xəbər verir.
Dünya şöhrətli astrofizik, Harvard Universitetinin professoru Avi (Abraham) Loeb 2017-ci ildə qeydə alınan Oumuamua asteroidinin süni təbiəti nəzəriyyəsini irəli sürdükdən sonra geniş populyarlıq qazanıb. Bir çox astronomun müşahidə etdiyi asteroid gözlənilən trayektoriyadan anlaşılmaz şəkildə kənara çıxıb və heç bir səbəb olmadan sürətlənib.
Bu dəfə Loebin diqqətini 2014-cü ildə Sakit okeana düşən meteorit çəkib. Onun qeyri-adi yüksək hərəkət sürəti var idi Obyektin yerdənkənar sivilizasiyalara aid ola biləcəyindən şübhələnən alim onun düşdüyü yerə gedib və fraqmentlərini tapıb. O və komandası maqnit zondları olan xüsusi aparatdan istifadə edərək 1700 metr dərinlikdən dəmir, maqnezium və titandan ibarət əlliyə yaxın xırda top (təxminən 0,3 millimetr) çıxarıb.
Loeb və onun həmkarları bu "kürəciklər"in, onların adlandırdıqları kimi, yadplanetli gəminin Yerə qəza enişinə sübut ola biləcəyini düşünürlər. Tapıntılar artıq tədqiq olunacaq laboratoriyaya çatdırılıb.
Eyni zamanda, Loebin bir çox həmkarı onun nəzəriyyəsini təkzib edərək bildirdilər ki, düşmüş meteoritlərin fraqmentləri çox vaxt oxşar tərkibə malikdir və tapıntının forması kosmik cisimlərin atmosferə, sonra isə suya düşdüyü zaman baş verən fiziki proseslərlə izah edilə bilər.
Leyla
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












