"Ölkədə taksi qiymətləri onsuz da ucuz deyil" - EKSPERT

"Taksilərin qiymətlərini formalaşdıran müxtəlif amillər var. Biz bu əmsalları hesablayanda görürük ki, Azərbaycanda bu gün taksi qiymətləri ucuz deyil".
Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. Ekspert qeyd edib ki, taksi qiymətləri dəyişəndir və Nazirlər Kabinetinin tövsiyəsi əsasında formalaşır:
"Taksilərin qiymətləri birbaşa ictimai nəqliyyatın qiyməti ilə mütənasib olur və ölkələrin iqtisadi vəziyyətlərinə uyğun dəyişir. Bu gün taksi sahəsində cəmiyyəti narahat edən iki problem var və bu məsələlərin həlli istənilir. Birincisi, keyfiyyətin yüksəldilməsi, ikincisi isə təhlükəsizliyin təmin edilməsidir. Qalan məsələlər cəmiyyət üçün önəmli deyil. Dövlət vahid taksi sistemi qoyacaq, taksimetr quraşdıracaq, taksiləri nəzarətə götürəcək və s. Dövlət də bu iki istiqamətdə işlər aparıb qayda-qanun yarada bilər".
Eldəniz Cəfərov qeyd edib ki, taksi fəaliyyəti ilə bağlı qaydalara riayət edilməsi mütləqdir:
"Əlbəttə, hər kəsin taksi sürməsi doğru deyil. Nazirlər Kabinetinin, dövlətin qərarlarına riayət edilməlidir. Yaşı 21-dən aşağı, sürücülük təcrübəsi 2 ildən az olan vətəndaşlar taksi fəaliyyəti ilə məşğul ola bilməzlər. Taksi fəaliyyətində istismar olunan avtomobilin üzərində mütləq qaydada sarı rəngli taksi fənəri olmalıdır. Bu prinsiplərə riayət etməyi həm şirkətlərə, həm də sürücülərə tövsiyə edirik. Yəni taksi fəaliyyəti leqallaşdırılsın, dövlətə rüsum, vergi ödəsinlər, gələcəkdə taksilərə tətbiq olunan güzəştlərdən faydalansınlar".
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO












