On min miqrant taksi sürücüsü və kuryer işləyə bilməyəcək

Rusiyanın Sankt-Peterburq şəhərində 10 minə yaxın miqrant taksi sürücüsü və kuryer işləmək imkanını itirəcək. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə "Fontanka" portalı Komitə sədrini müavini Tatyana Morozkovaya istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ötən il Peterburqda miqrantlara 200 mindən çox patent verilib: onların 1,6%-i taksi sahəsinə, 3,4%-i isə kuryer işlərinə aid olub.
Məlumata görə, söhbət təxminən 10 min nəfərdən gedir.
"Lakin biz başa düşürük ki, taksi sürücüləri və kuryerlər başqa patentlərlə də – məsələn, fəhlə kimi işləyirlər. İşəgötürənlər onları başqa patentlərlə də işə götürür", – deyə Morozkova əlavə edib.
O vurğulayıb ki, miqrantların taksi və çatdırılma sahəsində işləməsinə qoyulan qadağa mədəniyyət paytaxtının iqtisadiyyatına təsir etməyəcək.
Avqustun 11-də Sankt-Peterburqda miqrantlara kuryer çatdırılma sahəsində işləmək qadağan edilib. Bildirilib ki, söhbət nəqliyyat vasitələrindən istifadə edilən çatdırılma da daxil olmaqla bütün növ kuryer fəaliyyətindən gedir.
Kuryer iş yerlərinin məktəblilər və tələbələr üçün maraqlı ola biləcəyi qeyd olunub. Hökumət nümayəndələri əlavə ediblər ki, bu yeniliklər çatdırılma bazarının sabitliyinə təsir göstərməyəcək, çünki xarici vətəndaşlar şəhərdə ümumi kuryerlərin çox cüzi hissəsini təşkil edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












