Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev öldüyü, həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, qəza bu gün saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.
Oqtay Əliyevin idarə etdiyi “Toyota" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qəza zamanı Oqtay Əliyev ölüb. Avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarətlər alıb.
Hazırda yaralılar Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











