“Orda elə oğullar döyüşür ki...” - Düşmənin 7 tankını məhv edən hərbçimiz - VİDEO

“İlk növbədə demək istəyirəm ki, mən bu şücaəti nə ailəmə, nə də özümə görə etmişəm. Bunu millətimə görə, Xalqıma görə, işğalda olan torpağıma görə etmişəm. Mən öz etdiyimi qəhrəmanlıq saymıram”.
Bunu düşmənin 7 tankını məhv edən 26 yaşlı hərbçimiz Rüfət Əsədullayev AzTV-nin Astara rayonun Ərçivan kəndində onun evindən hazırladığı reportajında bildirib.
“Düşmənlə döyüşən elə hərbçilərimiz var ki, mənim etdiyim onların yanında zərrə qədər görünür. Mən həmişə fəxr etmişəm ki, bu Orduda xidmət edirəm. Talış, ləzgi ayrıseçkiliyi olmadan Orduda olan hamı azərbaycanlıdır. Hamir bir nəfər kimi Ali Baş Komandanın ətrafına yığışıb. Bu dəqiqə nə əmr versə, onu hamı yerinə yetirəcək”, - deyə Rüfət bildirib.
Rüfətin atası Eldar Əsədullayev deyir ki, 27 ildir torpaqlarımız işğal olunub, bu 27 ildə hər dəfə bu sözü eşidəndə əsəbiləşərdik: “İndi Prezidentin çıxışına qulaq asanda sevinirik. İstəyirik ki, hər gün çıxış etsin. Bir gün çıxış etməyəndə sabahı gözləyirik ki, sabah çıxış edəcək. Biz dövlətimizlə fəxr edirik”.
Qəhrəmanımızın anası Gülşən Əsədullayeva deyib ki, Allah bütün övladları qorusun, sağ-salamat evlərinə gəlsinlər: “Heç bir ananı şəhid övladla sınağa çəkməsin. Allah şəhidlərimizi rəhmət eləsin. Yaralılara şəfa diləyirəm”.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










